Türk Dövlətləri Təşkilatının (TDT) potensialından neft, qaz, uran və dünya bazarlarında tələb olunan digər malların təchizat zəncirlərinin diversifikasiyası üçün istifadə edilməlidir.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Budapeştdə Türkdilli Dövlətlər Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.
"Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın Avropaya neft ixracının artırılmasına yönəlmiş səylərinə dəstəyinə görə minnətdarlığını ifadə edib", - “Akorda” nın mətbuat xidmətinin məlumatında deyilir.
çap et