525.Az

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib


 

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

525.az "Report" a istinadən xəbər verir ki, görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi sahədə səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib.

Görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

 





21.05.2025    çap et  çap et