525.Az

Çin ABŞ-ı COVID-19-la bağlı manipulyasiyalara son qoymağa çağırıb


 

Çin ABŞ-ı COVID-19-la bağlı manipulyasiyalara son qoymağa çağırıb<b style="color:red"></b>

Çin ABŞ-ı COVID-19-un mənbəyinin tapılması məsələsi ətrafında siyasi manipulyasiyalara son qoymağa və beynəlxalq təşkilatlara təzyiqlər göstərməyi dayandırmağa  çağırıb.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-nin Cenevrə bölməsindəki Daimi nümayəndəliyinin diplomatı bildirib.

ABŞ nümayəndə heyətinin davam edən 78-ci Ümumdünya Səhiyyə Assambleyasında əsassız bəyanatlarına cavab olaraq çinli rəsmi deyib ki bir vaxtlar Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edən ABŞ-ın bu gün təşkilata töhfələrini ardıcıl olaraq artıran ölkələrə əsassız hücumlar etməsi təəccüblüdür

Diplomatın sözlərinə görə, ABŞ həqiqət və yalan haqqında elementar anlayışını açıq-aydın itirib. O vurğulayıb ki, Çin ÜST-na hər zaman fədakar dəstək verib.

Rəsmi nümayəndə xatırladıb ki, Çin COVID-19 epidemiyası başlayandan epidemioloji vəziyyət və virusun genomik ardıcıllığı haqqında məlumatları mümkün qədər tez beynəlxalq ictimaiyyətlə paylaşıb. Bundan əlavə, Çin tərəfi ÜST və ABŞ da daxil olmaqla 153 ölkəyə tibbi ləvazimat və maliyyə yardımı göstərib. Bütün bunlar Çinin bütün bəşəriyyətin ümumi rifahını qorumağa qətiyyətli sadiqliyinə dəlalət edir.

O söyləyib ki, bəzi ölkələr epidemiya əleyhinə öz təsirsiz tədbirlərini gizlətmək məqsədilə digərlərini ləkələməyə əl atırlar. Diplomatın fikrincə, pandemiya məsələlərini siyasiləşdirmək cəhdləri iyrəncdir və uğursuzluğa məhkumdur:

“Çin ABŞ-ı erkən hallar haqqında məlumatları ÜST ilə bölüşməyə, Fort Detrik obyekti və dünyada ABŞ biolaboratoriyaları şəbəkəsi haqqında məlumatları açıqlamağa çağırır. Amerika tərəfi COVID-19-un mənbəyini izləmək məsələsi ətrafında siyasi manipulyasiyalara son qoymalı və beynəlxalq təşkilatlara təzyiqi dayandırmalıdır”.

Pərvanə Sultanova

 





21.05.2025    çap et  çap et