525.Az

ABŞ və HƏMAS arasında keçirilən danışıqlara fələstinəsilli amerikalı rəhbərlik edib


 

ABŞ və HƏMAS arasında keçirilən danışıqlara fələstinəsilli amerikalı rəhbərlik edib<b style="color:red"></b>

ABŞ nümayəndələri ilə HƏMAS arasında danışıqlar Qətərin paytaxtı Dohada keçirilib.

525.az bu barədə "Report" a istinadən xəbər verir.

"Dohadakı amerikalı vasitəçi vasitəsilə ABŞ bu həftə HƏMAS ilə danışıqlar aparıb. ABŞ tərəfindən danışıqlara fələstin əsilli amerikalı Bişara Bahbah rəhbərlik edib", - mənbə bildirib.

B.Bahbah 2024-cü il seçki kampaniyası zamanı Donald Trampı dəstəkləyən ərəbəsilli amerikalılar qrupuna rəhbərlik edib. O, həmçinin Tramp administrasiyası adından danışıqlarda iştirak edib, daha əvvəl isə HƏMAS ilə qeyri-rəsmi əlaqə kanalı qurub. Bu da Amerika vətəndaşlığı olan İsrail hərbçisi İdan Aleksandrın Qəzza zolağından azad edilməsinə imkan verib.

 





21.05.2025    çap et  çap et