https://525.az/img/pics/medium/2025-06/357004_m5n3e6eud8.jpg ABŞ İrana hücum etdi: Nüvə obyektləri bombalandı
https://525.az/img/pics/medium/2025-06/357009_axb4e74jro.jpeg Tofiq Musayev UFC turnirində məğlub oldu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər - Tel­man Oru­covdan yeni yazı
https://525.az/img/pics/medium/2025-06/356997_gdhlqjuhgb.jpg Braziliyada hava şarı yandı - 8 ölü
search
22 İyun 2025
21 İyun 2025

FİFA "Qarabağ"ı təbrik etdi

FİFA "Qarabağ"ı təbrik etdi

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib. 

525.az AFFA-nın mətbuat xidmətinə istinadən, məktubun məzmununu diqqətinizə çatdırır:

Cənab Rövşən Nəcəf
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 
Sürix. 21 may 2025-ci il
 
“Qarabağ” FK-ya təbrik
 
Hörmətli prezident,
Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
Gianni İnfantino

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.