Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.
525.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən, ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.