Rumıniyanın Konstitusiya Məhkəməsi (KM) mayın 22-də Nikuşor Danın ölkə prezidenti seçkilərində qələbəsini rəsmən təsdiqləyib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə məhkəmənin sədri Mariana Enake EFE agentliyinə bildirib.
"Konstitusiya Məhkəməsinin hakimləri yekdilliklə Nikuşor Danı seçkilərin qalibi kimi təsdiqləyiblər", - o qeyd edib.
Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Corce Simion 46,4 faiz səs toplayıb.
Nikuşor Danın mayın 26-da and içəcəyi gözlənilir.
çap et