525.Az

Tailandın keçmiş baş naziri 305 milyon dollar ödəməyə məcbur edilib


 

Tailandın keçmiş baş naziri 305 milyon dollar ödəməyə məcbur edilib<b style="color:red"></b>

Tailand məhkəməsi keçmiş hökumət başçısı Yinglak Çinnavatı korrupsiya fırıldaqlarına görə 305 milyon dollar kompensasiya ödəməyə məcbur edib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Y.Çinnavat 7 may 2014-cü ildə Tailandın Konstitusiya Məhkəməsi tərəfindən baş nazir vəzifəsindən istefaya göndərilib. Məhkəmə həmçinin onun həbsi üçün order verib, lakin Y.Çinnavat ölkədən qaçmağa müvəffəq olub.

 





22.05.2025    çap et  çap et