525.Az

Pakistan prezidenti Çinin ölkəsinin sosial-iqtisadi inkişafındakı rolunu yüksək qiymətləndirib


 

Pakistan prezidenti Çinin ölkəsinin sosial-iqtisadi inkişafındakı rolunu yüksək qiymətləndirib<b style="color:red"></b>

Pakistan prezidenti Asif Əli Zərdari Çinin ölkəsinin sosial-iqtisadi və müdafiə sahəsində inkişafındakı həyati rolunu yüksək qiymətləndirib.

525.az xəbər verir ki, bu barədə Pakistan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 74-cü ildönümü münasibətilə prezident Zərdarinin təbrik məktubunda deyilir.

O, Pakistan-Çin əlaqələrini “tarixi və zamanın sınağından keçmiş” adlandırıb. Siyasətçi deyib ki, bunlarPakistanın xarici siyasətinin təməl daşı olaraq qalırlar.

Zərdari əlavə edib ki, son 74 ildə ikitərəfli əlaqələr strateji tərəfdaşlığa çevrilib: " Pakistan vahid Çin siyasətinin sadiq tərəfdarıdır və Çinin əsas milli maraqlarına aid məsələlərdə yanında olmağa davam edəcək”.

Pakistan lideri çətin anlarda Çinin ölkəsinə ardıcıl dəstəyini yüksək qiymətləndirib. Çin-Pakistan iqtisadi dəhlizini ölkəsinin iqtisadiyyatını və nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıran ikitərəfli əməkdaşlığın flaqman layihəsi adlandırıb.

PrezidentŞ həmçinin vurğulayıb ki, Pakistan-Çin münasibətləri qarşılıqlı etimada, hörmətə və xoş niyyətə əsaslanır. İslamabad iqtisadiyyat, texnologiya, müdafiə, təhsil və ticarət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdir.

Pərvanə Sultanova

 





22.05.2025    çap et  çap et