Tacikistanda sənayenin inkişafı üçün tekstil komplekslərinin yaradılması, sənaye məhsullarının istehsalının həcminin artırılması zəruridir.
525.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşdə deyib.
O, bəzi sənaye müəssisələrinin, o cümlədən fəaliyyətini dayandırmış müəssisələrin qeyri-müntəzəm fəaliyyətindən narahatlığını bildirib. Tacikistan lideri bəyan edib ki, sənayedə mövcud nöqsanları operativ şəkildə aradan qaldırmaq, yeni istehsal müəssisələrinin yaradılması məsələlərini həll etmək lazımdır.
Pərvanə Sultanova
çap et