525.Az

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib


 

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib<b style="color:red"></b>

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb.

"Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur", - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyac var.

 





22.05.2025    çap et  çap et