525.Az

AFFA Gənclər Liqasının qalibi bəlli oldu


 

AFFA Gənclər Liqasının qalibi bəlli oldu<b style="color:red"></b>

AFFA Gənclər Liqasının qalibi bəlli olub.

525.az xəbər verir ki, çempionatın 36-cı turunda “Sabah”ın U-19 komandası səfərdə “Zirə” ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən görüş Masazır təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Beləliklə, bu qələbədən sonra "Sabah" xal sayını 89-a çatdıraraq mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

 





22.05.2025    çap et  çap et