525.Az

"Polad Alemdar" "Mahide Evran"dan ayrılıb


 

"Polad Alemdar" "Mahide Evran"dan ayrılıb<b style="color:red"></b>

"Kurtlar Vadisi"nin Polad Alemdarı Necati Şaşmaz sevgilisindən ayrılıb.

525.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şaşmaz "Mühteşem yüzyıl" serialında Mahidevran Sultan rolunu oynayan Nur Fettahoğlu ilə artıq sevgili olmadıqlarını deyib.

Qeyd edək ki, bir neçə gün öncə aktrisa Nur Fettahoğlu Boğazda onun üçün Necati Şaşmaz tərəfindən tutulduğu söylənilən mühafizəçi ilə görüntülənmişdi.

Şaşmaz yaydığı açıqlama ilə bu deyilənləri təkzib edib. "İş qrafikim gərgin olduğu üçün bu xəbərlərlə yeni tanış olmuşam. Nura mühafizəçi tutmağım və birlikdə olmağımız barədə deyilənlər doğru deyil".

 





22.11.2012    çap et  çap et