525.Az

Ukrayna iyunda BVF-dən 487 milyon dollar məbləğində növbəti tranş gözləyir


 

Ukrayna iyunda BVF-dən 487 milyon dollar məbləğində növbəti tranş gözləyir<b style="color:red"></b>

Ukrayna bu ilin iyun ayında Beynəlxalq Valyuta Fondundan (BVF) 487 milyon dollar məbləğində növbəti tranş ala bilər.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko Kanadada G7 maliyyə blokunun görüşləri çərçivəsində BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın dövlət büdcəsinin daxili gəlirlərinin səfərbər edilməsindəki irəliləyişi, borc dayanıqlılığının qorunmasını, xarici maliyyənin daxilolma tempini, həmçinin Ukraynanın Milli Gəlir Strategiyasının həyata keçirilməsini müzakirə ediblər.

 





23.05.2025    çap et  çap et