525.Az

Rusiya üç gündə Ukraynanın 1177 PUA-sını vurub, Xarkovda növbəti yaşayış məntəqəsini ələ keçirib


 

Rusiya üç gündə Ukraynanın 1177 PUA-sını vurub, Xarkovda növbəti yaşayış məntəqəsini ələ keçirib<b style="color:red"></b>

Rusiya Ukraynada yeni yaşayış məntəqəsi ələ keçirdiyini açıqlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Radkovka yaşayış məntəqəsini nəzarətə götürüb.

Qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələri mayın 20-i axşamdan mayın 23-ü səhərə kimi Ukraynanın 1177 pilotsuz uçuş aparatını məhv edib.

Rusiya MN PUA-lardan 788-nin xüsusi hərbi əməliyyat zonasından kənarda məhv edildiyini açıqlayıb.

 





23.05.2025    çap et  çap et