525.Az

Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq


 

Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq<b style="color:red"></b>

Finlandiyanın Pirkkala şəhəri NATO-nun pilotsuz kəşfiyyat uçuş aparatları (PUA) üçün müvəqqəti baza olacaq.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın dövlət teleradio şirkəti “Yle” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Pirkkalada dronların sınaqdan keçirilməsinə iyun ayında başlanacaq. Hazırda burada müvəqqəti baza üçün lazım olan sistemlərin tikintisi aparılır.

Qeyd edilib ki, Finlandiyada PUA-ların yerləşdirilməsi, xüsusilə, Norveçin dəniz ərazilərinin monitorinqini həyata keçirməyə imkan verəcək.

 





23.05.2025    çap et  çap et