525.Az

Neft Donald Trampın Aİ-yə qarşı rüsum təklifindən sonra 1 %-dən çox ucuzlaşıb


 

Neft Donald Trampın Aİ-yə qarşı rüsum təklifindən sonra 1 %-dən çox ucuzlaşıb<b style="color:red"></b>

Dünya bazarında neft qiymətləri ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) gələn mallara 50 % idxal rüsumu tətbiq edilməsinə dair təklifindən sonra 1 %-dən çox aşağı düşüb.

525.az "Report" a istinadən xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,26 % azalaraq 1 barel üçün 63,63 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,36 % azalaraq 1 barel üçün 61,37 ABŞ dolları təşkil edib.

 





23.05.2025    çap et  çap et