525.Az

Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər


 

Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər<b style="color:red"></b>

Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O qeyd edib ki, Avropa İttifaqına inteqrasiya prosesində ölkə iki fərqli yanaşma ilə üzləşir – biri faktiki və obyektiv qiymətləndirməyə əsaslanan texniki tərəf, digəri isə siyasi maraqların diktə etdiyi təzyiqlərdir.

"Avropa Komissiyasının və digər beynəlxalq təşkilatların rəsmi sənədlərinə əsasən, Gürcüstan bir çox digər namizəd ölkələr – o cümlədən Ukrayna, Moldova və Bosniya-Herseqovinadan daha irəlidədir. Buna baxmayaraq, bəzi Avropa siyasi dairələrinin ölkəyə qarşı qərəzli münasibəti davam edir. Gürcüstanın Avropa inteqrasiyası iki ölçüdə baş verir – texniki səviyyədə biz irəlidəyik, bu, sənədlərlə sübut olunur", - deyə Papuaşvili qeyd edib.

Ş.Papuaşvili əlavə edib ki, bu xarici qüvvələrin Gürcüstandakı əsas müttəfiqləri radikal müxalifət – xüsusilə “Vahid Milli Hərəkat” və ona yaxın qruplardır:

"Avropa İttifaqı ilə inteqrasiya Gürcüstanın strateji məqsədidir, lakin bu proses kənardan siyasi təzyiq və qeyri-obyektiv yanaşmalarla pozulmamalıdır".

 





23.05.2025    çap et  çap et