525.Az

Almaniyada bıçaqla silahlanmış şəxs 12 nəfəri yaraladı


 

Almaniyada bıçaqla silahlanmış şəxs 12 nəfəri yaraladı<b style="color:red"></b>

Hamburqda bıçaqla silahlanmış şəxs 12 nəfərə müxtəlif dərəcəli bədən xəsarətiləri yetirib.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 18:05-də mərkəzi vağzalında baş verib.

NDR telekanalının məlumatına görə, yaralılardan 3-nün vəziyyəti ağırdır. 3 nəfər orta ağır, 6 nəfər isə yüngül xəsarətlər alıb. Onlar təcili xəstəxanalara yerləşdiriliblər, həkim nəzarəti altındadırlar.

Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

L.Tağıyeva

 





23.05.2025    çap et  çap et