İranlı Əbülfəzl Sabir Muxtari bədənində 96 qaşıq saxlamaqla rekord vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla o, 3-cü dəfə Ginnesin rekordlar kitabına düşüb.
Muxtari ilk dəfə 2021-ci ildə bədənində 85 qaşıq saxlayıb. 2 il sonra rekordunu yeniləyərək, qaşıqlarln sayını 88-ə çatdırıb. Bununla da kifayətlənməyən iranlı bir neçə gün əvvəl bədənində 96 qaşıq saxlamaqla bir növ "het-trik" edib.
Mətbuata açıqlamasında Muxtari onda bu istedadın uşaqlıq yaşlarından üzə çıxdığını bildirib və illərdir nəticələrini yaxşılaşdırmaq üçün çalışdığını bildirib.
L.Tağıyeva
çap et