525.Az

Yaponiya sahillərində güclü zəlzələ


 

Yaponiya sahillərində güclü zəlzələ<b style="color:red"></b>

Bu gün yerli vaxtla 06:28-də Yaponiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Urakava şəhərindən 34 km məsafədə, 59 km dərinlikdə yerləşib.

Qeyd edək ki, yeraltı təkan zamanı dağıntı və itki olmayıb. Sunami xəbərdarlığı edilməyib.

L.Tağıyeva

 





23.05.2025    çap et  çap et