Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə siyasətçi Rusiya ordusunun Ukraynaya kütləvi zərbələrindən sonra sosial şəbəkədə yazıb.
“Biz bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik”, – o qeyd edib.
Onun fikrincə, Rusiya Ukraynanı məhv etməyə çalışır və genişmiqyaslı hücumlar da bunu təsdiqləyir.
Avropanın baş diplomatı bundan əvvəl ABŞ-nin münaqişənin həlli ilə bağlı danışıqlar zamanı Moskvaya hələ də yetərincə təzyiq göstərməməsindən narazılığını bildirmişdi.
çap et