525.Az

Fransa Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir


 

Fransa Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir<b style="color:red"></b>

Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir.

525.az "Report"  a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionu Avropa üçün vacib kommunikasiya qovşağıdır.

“Bu baxımdan Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edirik”, - XİN başçısı əlavə edib.

 





26.05.2025    çap et  çap et