525.Az

Çin-Vyetnam sərnişin qatarı fəaliyyətini bərpa edib


 

Çin-Vyetnam sərnişin qatarı fəaliyyətini bərpa edib<b style="color:red"></b>

Çinlə Vyetnam arasında beş illik fasilədən sonra dəmir yol xətti bərpa olunub.

525.az xəbər verir ki, sərnişin qatarı Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Rayonunun mərkəzi şəhəri Nanninqdən Vyetnamın paytaxtı Hanoy şəhərinə yola düşüb.

Nanninq-Hanoy beynəlxalq qatarı gündəlik işləyəcək. Səyahətçilər əvvəlcədən kağız viza və ya vizasız giriş sənədlərini almalı və sərhəd stansiyalarında gömrükdən keçməlidirlər. Qatar biletləri də hazırda yalnız kassalarda satılır.

Pərvanə Sultanova

 





26.05.2025    çap et  çap et