525.Az

Bir ovuc meyvəyə görə şagirdlərə atəş açdı


 

Bir ovuc meyvəyə görə şagirdlərə atəş açdı<b style="color:red"></b>

Rusiyada təqaüdçü bağından albalı dərən şagirdlərə odlu silahdan atəş açıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən cümə Rostov vilayətində baş verib.

Dərsdən evə qayıdan 4 şagird həyətlərin birindən yola sallanan budaqdan meyvə dəriblər. Bu zaman bağın sahibi məktəblilərə atəş açıb. Nəticədə azyaşlılardan biri çiyin nayihəsindən qırma yarası alıb.

Uşağın valideynləri dərhal polisə məlumat veriblər. Dindirilmə zamanı yaşlı kişi uşaqlara deyil, onları qorxutmaq üçün havaya və hasara atəş açdığını, qıranlardan birinin hasardan rikoşet edərək uşağa dəydiyini bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır, təqaüdçünün əməlində cinayət tərkibinin olub-olmaması dəqiqləşdirilir.

O ki qaldı yaralanmış qıza, həkimlər onun həyati təhlükəsinin olmadığı barədə rəy veriblər. Azyaşlı hazırda ambulator müalicədədir.

L.Tağıyeva

 





26.05.2025    çap et  çap et