525.Az

Ərəbistan dənizində təhlükəli yükü olan gəmi batdı


 

Ərəbistan dənizində təhlükəli yükü olan gəmi batdı<b style="color:red"></b>

Hindistanın Kerala ştatı yaxınlığında, Ərəbistan dənizində Liberiya bayrağı altında üzən "MSC Elsa 3" yük gəmisi batıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü problemi aşkarlanan gəmini xilas etmək mümkün olmayıb və dünən səhər suya qərq olub.

Gəminin daşıdığı 640 konteynerdən 13-də təhlükəli kimyəvi yük, 12-də isə karbid kalsium var. Bundan başqa 74 ton dizel yanacağının və 367 ton mazutun dənizə axma təhlükəsi mövcuddur. 

Gəminin batmasına baxmayaraq, Hindistan tərəfi 24 ekipaj üzvünü xilas edib.

Qeyd edək ki, "MSC Elsa 3" 1997-ci ildə istismara buraxılıb. 184 metr uzunluğu, 25,3 metr eni olan gəmi  Kerala ştatının Vijincam portundan bu ştatın digər şəhəri olan Koçiyə istiqamət götürmüşdü.

L.Tağıyeva

 





26.05.2025    çap et  çap et