525.Az

Keniyada oğurlanmış deputat huşsuz halda tapıldı


 

Keniyada oğurlanmış deputat huşsuz halda tapıldı<b style="color:red"></b>

Keniya parlamentinin deputatı Corc Koimburi paytaxt Nayrobi yaxınlığında kofe plantasiyasında huşsuz vəziyyətdə tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl kilsədən çıxarkən naməlum şəxslər tərəfindən zorla qaçırılan deputatın vəziyyəti ağırdır.

Keniya müxalifətinin lideri Riqati Qaçaqua baş verən insidentin siyasi xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Koimburiyə inyeksiya vasitəsilə kimyəvi maddələr vurublar ki, bu da onun səhhətinə ciddi təsir göstərib, hətta deputat danışa bilmir.

Qeyd edək ki, Keniya parlamentinin digər deputatı Çarlz Vere 1 ay əvvəl Nayrobidə güllələnərək öldürülmüşdü.

L.Tağıyeva

 





26.05.2025    çap et  çap et