525.Az

Balakən rayonuna yeni polis rəisi təyin edilib


 

Balakən rayonuna yeni polis rəisi təyin edilib<b style="color:red"></b>

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim Mustafayev Balakən rayonuna rəis təyin edilib.
 
Nazirin digər bir əmri ilə isə Suraxanı rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mirzeynəlabdin Seyidov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi vəzifəsinə təyinat alıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya yeni təyinatları təsdiqləyiblər.
 
Qeyd edək ki, bir müddət əvvəl Balakən Rayon Polis Şöbəsinin rəisi Cəlil Mehmanov və  Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.

 





22.11.2012    çap et  çap et