525.Az

Havay adalarında vulkan püskürdü


 

Havay adalarında vulkan püskürdü<b style="color:red"></b>

Dünən axşam saatlarında Havay adalarında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea vulkanı püskürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabrında oyanan vulkanın bu dəfəki aktivliyi 6 saat davam edib.

300 metr yüksəkliyə qədər lava püskürən vulkan bu gün səhər saatlarında sakitləşib. 

Qeyd edək ki, Kilauea qapalı zonada yerləşdiyindən insanlar üçün hansısa təhlükə yaratmır. Buna baxmayaraq, təyyarələr üçün narıncı təhlükə həddi barədə xəbərdarlıq edilib.

L.Tağıyeva

 





26.05.2025    çap et  çap et