525.Az

Türkiyədə zəlzələ oldu


 

Türkiyədə <b style="color:red"> zəlzələ oldu</b>

Türkiyənin Bingöl şəhərində zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla 20:13-də Bingölün Kiğı rayonunda baş verən zəlzələ 3,9 bal gücündə olub.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib.

Zəlzələ 7 kilometr dərinlikdə baş verib.

İbrahim Cəfərov

 





26.05.2025    çap et  çap et