525.Az

Qanada 4 nəfərdə meymun çiçəyi aşkar edilib


 

Qanada 4 nəfərdə meymun çiçəyi aşkar edilib<b style="color:red"></b>

Qərbi Afrika ölkəsi Qanada 4 meymun çiçəyi hadisəsi aşkar edilib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Qana Səhiyyə Xidmətinin (GHS) baş direktoru Samuel Kaba Akoriyea verdiyi yazılı açıqlamada, bu il ilk dəfə Böyük Akkra və Qərb əyalətlərində meymun çiçəyi xəstəliyinə yoluxma hallarının aşkar edildiyini bildirib.

Böyük Akkra və Qərb əyalətində ümumilikdə 4 nəfərdə meymun çiçəyi xəstəliyinin aşkar edildiyini qeyd edən Akoriyea, hər iki hadisənin daha əvvəl bildirilmiş hallarla epidemioloji əlaqəsinin olmadığını bildirib.

Akoriyea, epidemiyanın yayılmasının qarşısını almaq üçün ictimai sağlamlıq tədbirlərinin qüvvəyə mindiyini və təmasların axtarışına başlanıldığını bildirib.

Qeyd edək ki, Qana hökumətinin ictimai sağlamlığı qorumaq əzminə diqqət çəkən Akoriyea, "Bütün vətəndaşlarımızın sağlamlığını qorumaq üçün müvafiq tədbirlər görməyə davam edəcəyik, oxşar hadisələrlə mübarizə təcrübəmizdən istifadə edəcəyik" deyib.

Malik Atilay 

 





19.05.2025    çap et  çap et