ABŞ-nin Luiziana ştatının Nyu Orlean şəhərində həbsxanadan 11 məhbusun qaçdığı bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Luiziana əyalət polisinin X sosial media platformasında verdiyi açıqlamada 11 məhbusun həbsxanadan qaçdığı paylaşılıb.
Paylaşılan məlumata görə, səlahiyyətlilər qaçan məhbuslardan birini yaxalayıb, digər məhbusların tapılması istiqamətində axtarış işlərini davam etdirir.
Açıqlamada səhər saatlarında 11 məhbusun itkin düşdüyü, qaçanların isə 19-42 yaş arası kişilər olduğu bildirilib.
Şerif Susan Hutson deyib ki, onun departamenti qaçan məhbusları tapmaq üçün yerli, əyalət və federal hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir.
Hutson, hadisənin necə baş verdiyini müəyyən etmək üçün hərtərəfli araşdırmaya başlanıldığını qeyd edərək, "Bu hadisəyə səbəb olan hər hansı bir nöqsan və ya diqqətsizlik tez və tam məsuliyyətlə aradan qaldırılacaq" deyib.
Malik Atilay
çap et