525.Az

Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırıb


 

Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırıb<b style="color:red"></b>

Venesuela "terror təhlükəsi" səbəbi ilə qonşu Kolumbiyaya bütün uçuşları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Diosdado Kabello dövlət televiziyası VTV-yə açıqlamasında Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgərin daxil olduğunu və buna görə də mayın 25-də keçiriləcək parlament seçkiləri öncəsi bir sıra ehtiyat tədbirləri görməyə qərar verdiklərini bildirib.

Seçkilərdə təxribat cəhdlərinin edildiyini iddia edən Kabello, "Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması əmrini verdik. Çünki əlimizdə olan məlumata görə, zorakılıq, terror və mafiya ilə əlaqəsi olan şəxslərin Kolumbiyadan quru sərhədindən istifadə edərək ölkəyə daxil olduğunu müəyyən etdik" deyib.

Kabello 17-si əcnəbi olmaqla ümumilikdə 38 nəfərin saxlanıldığını, tutulanlar arasında Kolumbiya, Meksika və Ukrayna vətəndaşlarının da olduğunu bildirib.

Kolumbiyanın keçmiş prezidentləri İvan Duke, Xuan Manuel Santos, Alvaro Uribe və Andres Pastrananı Venesuelada “sui-qəsd və terror fəaliyyətində” ittiham edən Kabello buna imkan verməyəcəklərini vurğulayıb.

Malik Atilay 

 





20.05.2025    çap et  çap et