Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, "Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanı bərpa etməkdə kömək etmək istəyirik" deyib.
Kallas, "AB son 14 ildə hər zaman suriyalıların yanında olub və bundan sonra da olacaq" deyib.
Malik Atilay
çap et