525.Az

İndoneziyada 5,7 bal gücündə zəlzələ


 

İndoneziyada 5,7 bal gücündə zəlzələ<b style="color:red"></b>

İndoneziyanın Sumatra adasındakı Benqkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentrinə yaxın Benqkulu şəhərində 100-dən çox ev və 6 ictimai obyektə ziyan dəyib.

Yerli vaxtla saat 02:50 radələrində şəhərdən 43 kilometr cənub-qərbdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) 5,7 bal gücündə elan etdiyi zəlzələnin 68 kilometr dərinlikdə baş verdiyini bildirib.

Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari zəlzələdən sonra Benqkulunun mərkəzində 100-dən çox evin və 6 ictimai obyektin zərər gördüyünü, şəhərin mərkəzində 8 evin dağıldığını bildirib.

Benqkulu qubernatoru Helmi Həsən zəlzələdə tələfat olmadığını və 100-ə yaxın evin dağıldığını təsdiqləyib.

Qubernator Həsən bildirib ki, ciddi ziyan dəymiş evlərin bərpası və daha az zədələnmiş evlərin təmiri üçün yardım göstəriləcək.

Malik Atilay 

 





23.05.2025    çap et  çap et