525.Az

Yunanıstanda içməli suda uran aşkar edilib


 

Yunanıstanda içməli suda uran aşkar edilib<b style="color:red"></b>

Yunanıstanın şimalındakı Serres şəhərinin beş yaşayış məntəqəsində içməli suda təhlükəli miqdarda uran aşkar edildikdən sonra ümumi xətdən su içmək və yemək bişirmək qadağan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi yaşayış məntəqələrində içməli suda həddən artıq uran aşkar edilib.

Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAŞ) baş direktoru Nikos Safarikas, nəzarətlərin tez-tez fasilələrlə təkrarlandığını və alınan nümunələrin analiz üçün ölkədəki yeganə səlahiyyətli laboratoriya olan Demokritos Araşdırma Mərkəzinə göndərildiyini bildirib.

Safarikas, DEYAŞ-ın uranın aşkar edildiyi bölgələrdə suyun təmizlənməsi işləri üçün layihə hazırlıqlarına başladığını açıqlayıb.

Serres qubernatoru Panagiotis Spiropoulos məsələnin ciddiyə anladığını desə də, ictimaiyyətin panikaya düşməməli olduğunu vurğulayıb.

İlk ölçmələrdən sonra tez bir zamanda yeni sınaqlara başlanıldığını bildirən Spiropulos, hazırda rəsmi tövsiyələrin gözlənildiyini bildirib.

Malik Atilay 

 





23.05.2025    çap et  çap et