525.Az

Matias "Neftçi"dən ayrıldığını təsdiqlədi


 

Matias "Neftçi"dən ayrıldığını təsdiqlədi<b style="color:red"></b>

"Neftçi"nin futbolçusu Yuri Matias klubdan ayrılıb və Braziliyaya gedib.

QOL.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi "Uirapuru Jaguaribana FM"ə açıqlamasında danışıb.

Paytaxt təmsilçis ilə müqaviləsi başa çatan Matias bir müddət vətənində qalacağını deyib: 

"Bəli, mən Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtdım. İndi ailəmlə qısamüddətli məzuniyyətə çıxacağam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəyəm".

Xatırladaq ki, Matias 2022-ci ildən “Neftçi”nin formasını geyinirdi.

 





27.05.2025    çap et  çap et