525.Az

Fidan: Ukraynada müharibə Lavrovla danışıqların gündəliyində əsas məsələlərdən biri olub


 

Fidan: Ukraynada müharibə Lavrovla danışıqların gündəliyində əsas məsələlərdən biri olub<b style="color:red"></b>

Rusiya-Ukrayna böhranının həlli Moskvada aparılan danışıqların gündəliyində duran əsas məsələlərdən biri olub.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Fidan Ukrayna və Rusiya arasında İstanbulda aparılan danışıqların nəticələrindən məmnunluğunu ifadə edib.

"Türkiyə tezliklə tərəflər arasında atəşkəsin əldə olunmasına ümid edir ki, bu da münaqişənin həlli yolunda bir addım olacaq. Ankara prosesə hərtərəfli dəstək verməyə hazırdır", - o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə həmçinin Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsini vacib hesab edir və bu məsələdə Rusiya ilə əlaqələri davam etdirəcək.

 





27.05.2025    çap et  çap et