525.Az

Lavrov: Rusiya Cənubi Qafqazdakı proseslərdə "3+3" formatında iştirakını davam etdirəcək


 

Lavrov: Rusiya Cənubi Qafqazdakı proseslərdə "3+3" formatında iştirakını davam etdirəcək<b style="color:red"></b>

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında ikitərəfli danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Lavrov Moskvada türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə ilə böyük və müsbət əməkdaşlıq təcrübəsinə malikdir.

"Cənubi Qafqazda "3+3" formatında əməkdaşlıq təcrübəmiz var. Bu format artıq öz səmərəliliyini sübut edib", - Lavrov bildirib.

O qeyd edib ki, Rusiya bu formatda əməkdaşlığı davam etdirəcək.

 





27.05.2025    çap et  çap et