525.Az

Yaşar Nuri dəfn edildi


 

Yaşar Nuri dəfn edildi<b style="color:red"></b>

Azərbaycanın xalq artisti, tanınmış aktyor Yaşar Nuri dəfn edilib.

Lent.az-ın məlumatına görə, mərhum sənətkar II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Azərbaycan Dövlət Dram Teatrında xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirilib. Vida mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri, aktyorlar qatılıblar.

Azərbaycan Dövlət Dram Teatrında keçirilən anım mərasimi zamanı Yaşar Nurinin oynadığı ən məşhur rolların dilindən parçalar səsləndirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin oyandığı misilsiz obrazlardan, teatr sənətindəki uğurlardan söz açıb. Yaşar Nurinin Azərbaycan mədəniyyətinin əvəzolunmaz sənətkarı olduğunu söyləyən Əbülfəs Qaprayev bildirib ki o, əsl sənət fədaisidir. Əbülfəs Qarayev prezident İlham Əliyevin adından mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Daha sonra çıxış edən xalq artistinin yaxın dostu Firəngiz Mütəllimova göz yaşlarını saxlaya bilməyib. O deyib ki, 34 ildir ki, Yaşar Nuri ilə çiyin-çiyinə çalışır: “Yaşar deyəndə Firəngiz, Firəngiz deyəndə Yaşar yada düşür. Mən saat 7-dən şokdayam. Yaşar mənim nəfəsim, canım, görən gözüm, arxam, dayağım, hər şeyim idi. Ən son srağagün onunla danışmışdım. Mən bu gün Yaşar haqqında son söz deyə bilmirəm. Yaşarın böyüklüyü qarşısında baş əyirəm”.

Yaşar Nurinin nəşri ayaq üstə alqışlarla İkinci Fəxri Xiyabana yola salınıb.

 





22.11.2012    çap et  çap et