525.Az

Almatı Mərkəzi Asiyanın ən yaxşı şəhəri seçilib


 

Almatı Mərkəzi Asiyanın ən yaxşı şəhəri seçilib<b style="color:red"></b>

Oxford Economics-in açıqladığı Global Cities Index 2025-ə (Qlobal Şəhərlər İndeksi) əsasən, Almatı Mərkəzi Asiyanın ən yaxşı şəhəri seçilib.

525.az xəbər verir ki, bu barədə Kazinform məlumat yayıb.

Qeyd olunub ki, 2025-ci ildə yenilənən Qlobal Şəhərlər İndeksi şəhərlərin struktur üstünlüklərini, imkanlarını və çətinliklərini qiymətləndirir. Qiymətləndirmə beş kateqoriya üzrə bir sıra göstəricilərə əsasən aparılır: iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ekologiya və idarəetmə.

Dünyanın 1000 şəhərinin siyahısında Almatı 258-ci yerdə, insan kapitalı kateqoriyasında isə 64-cü yerdə qərarlaşıb. Eyni zamanda, Qazaxıstanın cənub paytaxtı Mərkəzi Asiyada birinci yerdədir.

Astana və Çimkent də müvafiq olaraq 276 və 534-cü yerləri tutaraq reytinqə daxil olublar.

Qeyd edək ki, ABŞ-ın beş şəhəri dünyanın ilk on şəhəri sırasına daxil olub. İlk üçlükdə isə Nyu York, London, Paris yer alıb.

Pərvanə Sultanova

 





27.05.2025    çap et  çap et