525.Az

Husilər İsrailin hava limanına yenidən zərbə endiriblər


 

Husilər İsrailin hava limanına yenidən zərbə endiriblər<b style="color:red"></b>

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsraildə iki hədəfə, o cümlədən Tel-Əvivdəki Ben-Qurion hava limana zərbələr endiriblər.

525.az "Report" a istinadən xəbər verir ki, bunu qiyamçılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

O qeyd edib ki, husilər hücumlar zamanı hipersəs ballistik raketlərdən istifadə ediblər.

 





27.05.2025    çap et  çap et