525.Az

Everesti 31-ci dəfə fəth etdi


 

Everesti 31-ci dəfə fəth etdi<b style="color:red"></b>

Nepallı Kami Rita Şerpa 31-ci dəfə dünyanın ən hündür nöqtəsi olan Everest dağına çıxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da o şəxsi rekordunu təzələyib.

55 yaşlı bələdçi Everestə ilk dəfə 1994-cü ildə çıxıb. Həmin vaxtdan indiyə kimi o, demək olar ki, hər il uğurunu təkrarlayır.

Kami Rita həm də uzun illərdir əcnəbi alpinistlərə bələdçilik edir. Ərazini əlinin içi kimi tanıyan bələdçi yaşının çox olmasına baxmayaraq, hələ bir neçə dəfə də Everestə çıxacağını bildirib.

Xatırladaq ki, dünyanın ən hündür zirvəsi olan Everest Himalay dağlarında, dəniz səviyyəsindən 8849 metr yüksəklikdə yerləşir.

L.Tağıyeva

 





27.05.2025    çap et  çap et