525.Az

İnsan sümüyündən hazırlanmış narkotik maddə ilə saxlanıldı


 

İnsan sümüyündən hazırlanmış narkotik maddə ilə saxlanıldı<b style="color:red"></b>

Şri-Lankada 21 yaşlı britaniyalı Şarlotta Mey Li adlı qız gömrük yoxlanışından narkotik vasitə keçirmək istəyərkən saxlanılıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, gömrükçülər ona məxsus çemodanda Afrikada hazırlanmış və kuş adlanan 46 kq narkotik maddə aşkarlayıblar.

Əvvəllər stüardessa işləmiş Şarlotta Kolomboya Tailanddan gəlirmiş. Dindirilmə zamanı kuşdan xəbəri olmadığını, yükün çemodanına Bankokda qoyulduğunu bildirib. Günahı sübuta yetirilərsə, gənc qızı 25 illik həbs cəzası gözləyir.

Qeyd edək ki, kuş fentanil, tramadol və marixuanadan hazırlanır. Bu narkotik vasitənin daha bir vacib inqridiyenti ölmüş insanların üyüdülmüş sümüyüdür.

L.Tağıyeva

 





27.05.2025    çap et  çap et