525.Az

Milli Kitabxanada “28 May - Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub


 

Milli Kitabxanada “28 May - Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub<b style="color:red"></b>

28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Milli Kitabxanada bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May - Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

525.az-a Kitabxanadan verilən məlumata görə, virtual sərgidə müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar, habelə Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

 





28.05.2025    çap et  çap et