525.Az

Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib


 

Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların götürüldüyünü, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib.

Bu barədə 525.az “Report”a istinadən xəbər verir.

"Aİ Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin, Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət qara siyahıdan çıxarılıb", - məlumatda bildirilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu qərarı düzgün adlandırıb.

 





28.05.2025    çap et  çap et