525.Az

Tanzaniyalı futbolçu "Şamaxı"da qaldı


 

Tanzaniyalı futbolçu "Şamaxı"da qaldı <b style="color:red"></b>

“Şamaxı” futbolçusu Alfons Msanqanı komandada saxlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma “Şamaxı”nın istəyinə əsasən 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, Msanqa bu ilin yanvarında "Şamaxı"ya keçib. O, bölgə klubu ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.

 





28.05.2025    çap et  çap et