525.Az

Dadaşovla yeni müqavilə imzalandı


 

Dadaşovla yeni müqavilə imzalandı<b style="color:red"></b>

Almaniyanın "Dinamo" klubu Azərbaycan millisinin sabiq  hücumçusu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.

QOL.az xəbər verir ki,bu barədə  Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçunun sözləşməsi daha 2 il artırılıb.

Qeyd edək ki, Rüfət bu mövsüm "Dinamo"nun heyətində 58 oyunda 28 qol vurub. "Dinamo" Almaniyada Şimal-Şərq Regional Liqasında mübarizə aparır.

 





29.05.2025    çap et  çap et