525.Az

Türkiyə Prezidenti: Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik


 

Türkiyə Prezidenti: Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik<b style="color:red"></b>

Türkiyə Azərbaycanla ərzaq təminatı sahəsində daha sıx əməkdaşlıq etmək istəyir.

525.az APA-ya istinadən xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz çox olan məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib daha çox paylaşacağıq və gələcəyə daha möhkəm addımlayacağıq”, - Türkiyə Prezidenti əlavə edib.

 





29.05.2025    çap et  çap et