Polşanın Baş naziri Donald Tusk ölkədə ikinci səviyyəli terror və kiber təhlükə müddətini uzadıb.
525.az "Report" a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Rusiya və Belarus tərəfindən hibrid və kiber təhdidlərlə əlaqədar “Bravo” və “Bravo-CRP” təhlükə səviyyələrinin müddətini uzatmaq qərarına gəldim", - D.Tusk yazıb.
Baş nazir yüksək təhlükə rejimlərinin müddətinin nə qədər uzadıldığını dəqiqləşdirməyib.
Polşa hökuməti “Bravo” təhlükə səviyyəsini 2022-ci il aprelin 16-dan tətbiq edib.
çap et